Ermənistanın polis rəisi (daxili işlər naziri) Arman Sarkisyan istefa verib.
“Sputnik Armeniya” bildirir ki, o, işdən çıxmaqla bağlı Ermənistan prezidenti Armen Sarkisyana ərizə yazıb.
Bildirilib ki, A.Sarkisyan 2018-ci ilin mayında “inqilabdan” sonra Ermənistan polisinin rəisi Valeri Osipyanın birinci müavini təyin edilib. 2019-cu ilin sentyabrında V.Osipyan istefa verdikdən sonra o, polis rəisi səlahiyyətlərinin müvəqqəti olaraq icrasına başlayıb.
A.Sarkisyanın 41 yaşı var. O, Ermənistan Daxili İşlər Nazirliyinin ali məktəbini bitirib.
Qeyd edək ki, iyunun 8-də Ermənistan Silahlı Qüvvələri Baş qərargahının rəisi Artak Davtyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan istefa verib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan KİV-i hökumətdə ciddi dəyişikliklərin olacağı barədə məlumta yaymışdı.