Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.
Bu barədə Ermənistan Maliyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, ilin əvvəli ilə müqayisədə borc 714 milyon dollar və ya 6,7% artıb .
Daxili dövlət borcu xarici borcdan daha sürətlə artır. Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlardan və xarici ölkələrdən alınan kreditlər təşkil edir.