Ermənistanın eks-prezidentləri Levon Ter-Petrosyan və Robert Koçaryan Moskvaya səfər edəcək.
Onlar Rusiyanın siyasi elitası ilə Dağlıq Qarabağda yaranmış yeni situasiyanı müzakirə edəcəklər.
“Eks-prezidentlər görüşün nəticələrini keçmiş və hazırkı dövlət rəhbərlərinin birgə görüşündə müzakirə etməyi təklif ediblər. Baş nazir Nikol Paşinyan təklifə qarşı çıxmayıb”- deyə Paşinyanın mətbuat katibi Mane Qevoqyan açıqlayıb.