17 C
Baku
Saturday, May 4, 2024

Ermənistanın Fövqəladə Hallar Nazirliyi fəaliyyətini dayandıracaq

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti bu ilin iyunun 30-dan dayandırılacaq.

2022-ci il dekabrın 16-da qəbul edilmiş “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə Ermənistan qanununa əsasən Fövqəladə Hallar Nazirliyinin funksiyalarını da özündə birləşdirən Daxili İşlər Nazirliyi yaradılıb.

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri ilə bağlı sualların, təkliflərin, bəyanatların və məktubların zəruri hallarda Daxili İşlər Nazirliyinə göndərilməsinə ehtiyac yaranacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər