Ermənistanın hərbi prokuroru vəzifəsindən azad olunub.
Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuror Vahe Arutyunyanı işdən çıxarıb.
Hərbi prokurorun müavini Arsen Sərdaryan da tutduğu vəzifədən azad edilib.
Sentyabrın 19-da hərbi prokurorun digər müavini Sevak Hovhannisyan tutduğu vəzifədən azad edilmişdi.
Qeyd edək ki, yeni baş prokuror Anna Vardapetyan bundan əvvəl Ermənistan ədliyyə nazirinin müavini işləyib. 2020-ci ilin mart ayından Baş nazirin köməkçisi vəzifəsində çalışırdı.