7 C
Baku
Sunday, January 11, 2026

Ermənistanın iqtisadiyyat naziri Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri barədə danışıb

Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri artıq hiss olunur, ilin sonuna qədər Ermənistan təxminən 16 milyard dram (təqribən 2,6 milyon ABŞ dolları) qənaət edəcək.

Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın İctimai Televiziyasının efirində bəyan edib.

O vurğulayıb ki, Azərbaycan benzininin idxalı birdəfəlik təşəbbüs deyil: “Bu, uzunmüddətli və dayanıqlı prosesdir”.

Yanacağın Gürcüstan ərazisindən tranziti barədə danışan Papoyan qeyd edib ki, Tbilisi münasib və aşağı tarif təklif edib, buna görə də yanacaq qiymətlərinin artımı gözlənilmir.

Xatırladaq ki, 9 yanvar tarixində Azərbaycan Ermənistana ikinci neft məhsulları partiyasını göndərib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər