8 C
Baku
Friday, December 13, 2024

Ermənistanın Milli Statistika Xidməti: İnflyasiya kritik həddə yaxınlaşıb

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, iyulda ölkədə inflyasiya illik hesablama üzrə 8,2 % təşkil edib. Bu halda qida məhsulları üzrə orta qiymətlər cari il ilk dəfə ikirəqəmli olub – 13,9% (iyunda – 9,0%).

Bu barədə “News.am” xəbər verir.

Qeyd edilir ki, ölkədə qida məhsulları qrupunda düyü (13,4%), çörək (8,6%), donuz əti (32,2%) və toyuq əti (24,3%) bahalaşıb. İl ərzində qiymətlərdə ən böyük artım yumurtada – 51,3% artımla müşahidə olunur.

İyul ayında kartofun orta qiyməti 38,4%, tərəvəz qrupu üçün 53,1% artıb. Kərə yağı il ərzində 15,9% bahalaşıb. Qeyri -ərzaq məhsulları qrupunda texniki malların (soyuducular, paltaryuyan maşınlar, qaz sobaları və s.) qiymətləri – 13,2% bahalaşıb.

Siyahını sonsuza qədər davam etmək olar, çünki praktik olaraq bütün mallar və xidmətlər bahalaşıb.

Xatırladaq ki, hesabat qiymətləri ötən ilin analoji ayının göstəriciləri ilə müqayisə edilir.

“Bu, ailə büdcəsi məhdud olan bir çox evlərin həyat səviyyəsinin ciddi şəkildə pisləşdiyini və ölkədə yoxsulluğun miqyasının artdığını göstərir”, – qeyd edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər