Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Türkiyədə iki ölkə arasında ticarət dövriyyəsi və yük daşımaları ilə bağlı məsələləri müzakirə edəcək.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
“Nazir iki ölkə arasında ticarət dövriyyəsi, yük daşımaları və tranzit məsələlərini həll etmək üçün iyunun 27-də Türkiyəyə yollanır”, – məlumatda bildirilir.
Məlumata görə, Xudatyan Qlobal Nəqliyyat Bağlantısı Forumunda iştirak etmək üçün Ankaraya gedir.
“Lakin bir sıra mənbələrin məlumatına görə, erməni məmurun səfərinin əsl məqsədi yuxarıda qeyd olunan məsələlərin konstruktiv həlli və Türkiyə ilə münasibətlərin qurulmasıdır”, – nəşrlər qeyd edir.