30 C
Baku
Monday, July 1, 2024

Ermənistanın Qəbələyə raket zərbələri nəticəsində 1 nəfər xəsarət alıb

Ermənistan Respublikasının silahlı qüvvələri elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edirlər.
“Banker.az”a bu barədə məlumat Baş Prokurorluğun mətbuat xidmətindən verilib.
Belə ki, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atmışdır.
Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəymişdir.
Son xəbərlər
Digər xəbərlər