6 C
Baku
Sunday, December 15, 2024

Ermənistanın Qarabağa qaz təminatı iddiasına – Rəsmi Bakıdan cavab

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavab verib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın sözlərinə görə, Ermənistan XİN-i bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycan ərazisində keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə digər bir mövzu ilə bağlı Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir:

“Ermənistanın əsassız iddialarla çıxış edərək davamlı şəkildə qeyri-konstruktiv yanaşma sərgiləməsi bu ölkənin əsl niyyətini üzə çıxarır. Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin”.

Son xəbərlər
Digər xəbərlər