Fransanın Xarici İşlər Naziri Jean Yves Le Drian ölkəsini Dağlıq Qarabağ münaqişəsi məsələsində neytral mövqe tutmasının vacibliyini bildirib.
Fransanın Xarici İşlər Naziri Milli Məclisində erməni lobbisinin təsiri altında olan bir Qrup deputatının Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı çağırışına cavab verib.
“1994-cü ildə Rusiya və ABŞ-la birlikdə münaqişənin həlli ilə bağlı götürdüyü mandat Fransanı bir tərəfli qalmağa məcbur edir.Fransa iki ölkənin hər hansı birinin tərəfini tutarsa onda qanuniliyini itirəcək.
Fransanın Ermənistanla ikitərəfli əlaqələrinin olduğunu söyləyən Fransanın Xarici İşlər Naziri 600 minlik erməni lobbisinin Azərbaycanlada uzun bir tarix olduğunu vurğulayıb.
“Əgər biz indi Ermənistanın tərəfini tutsaq, balanslaşdırılmamış mövqe göstərsək onda Azərbaycanla ikitərəfli əlaqələrimizin keyfiyyətinə xələl gətirər, eləcədə Minsk Qrupu çərçivəsindəki rolumuza və böhran içində olan tərəflərə təsirimizi itirərik” -deyə Fransanın Xarici İşlər Naziri bildirib.