9 C
Baku
Friday, November 15, 2024

Ermənistanın Tərtəri atəşə tutması nəticəsində 1 nəfər xəsarət alıb

Ermənistanın silahlı qüvvələri 19 oktyabr 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulur.

Banker.az xəbər verir ki, bu barədə Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtərin  atəşə tutulması nəticəsində Ələsgərli kənd sakini 1962-ci il təvəllüdlü Səlimov Niyaz Hüseynalı oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşadığı evə isə ciddi ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər
Digər xəbərlər