Ermənistanın XİN başçısı Ara Ayvazyan Moskvada səfərdədir.
Rusiya KİV-i xəbər verir ki, A.Ayvazyan bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Görüşdə Ermənistan-Rusiya münasibətləri, regional məsələlər müzakirə olunub. Qarabağla bağlı 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın icrası məsələləri də müzakirə mövzusu olub.