Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə gedir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan “Twitter”də bildirib.
Ermənistan xarici işlər naziri 11-13 mart tarixlərində Antalya Diplomatik Forumunda iştirak etmək üçün Antalyaya yola düşəcək.
“Onun bir sıra həmkarlarla görüşləri planlaşdırılır”, – mətbuat katibi qeyd edib.