Ermənistanın yeni seçilən prezidenti Vaaqn Xaçaturyan martın 13-də Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində and içəcək.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, Ermənistan parlamentinin andiçmə ilə bağlı xüsusi iclas keçiriləcək.
Qeyd edək ki, martın 3-də yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan parlament tərəfindən ikinci turda prezident seçilib.