10 C
Baku
Thursday, December 12, 2024

Ermənistanla İran arasında dəmir yolunun işə salınması müzakirə olunub

Ermənistan-İran Hökumətlərarası Komissiyasının 17-ci iclasının yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun iclası yaxın vaxtlarda Tehranda keçiriləcək.

Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İranın Ermənistandakı səfiri Abbas Zohuri arasında keçirilən görüşdə bildirilib.

Tərəflər həmçinin regional kommunikasiyaların bərpası halında Ermənistan və İran arasında dəmiryol xəttinin istifadəyə verilməsi imkanlarını müzakirə ediblər.

M.Qriqoryan və A.Zohuri xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini qeyd ediblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər