Bu il Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, Moskva ilin sonuna qədər ticarət dövriyyəsinin ötən illə müqayisədə iki dəfə azalacağını gözləyir.
“Əgər keçən il bu 12,4 milyard dollar idisə, bu il altı, bəlkə də bir az daha çox olacaq”, – Rusiya Baş nazirinin müavini əlavə edib.
Ermənistan mətbuatının yazdığına görə, bu ilin birinci yarısında ölkələr arasında ticarət dövriyyəsinin həcmi 3,4 milyard dollardan bir qədər çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Mənbə: APA