23 C
Baku
Monday, September 16, 2024

“Ermənistanla Türkiyə arasında hava yüklərini daşıyacaq şirkət bəlli deyil”

Ermənistan və Türkiyə arasında hava yüklərinin daşınmasında hansı şirkətlərin iştirak edəcəyi ilə bağlı hələlik qərar yoxdur.

Bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan ölkə parlamentinin iqtisadi məsələlər üzrə daimi komissiyasının bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Sisak Qabrielyanın sualını cavablandıran nazir müavini deyib: “Uçuşlar paritet qaydada həyata keçiriləcək, lakin hələlik bu yükdaşımaların necə təşkil ediləcəyi və hər iki tərəfdən hansı şirkətlərin birbaşa iştirak edəcəyi bəlli deyil. Bununla belə, bütün məsələlər aydın olan kimi biz eyni anda bir neçə variantı müzakirə edə biləcəyik”, – o əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər