13 C
Baku
Friday, November 22, 2024

“Ernst & Young” Azərbaycanda kölgə iqtisadiyyatı üçün 1 milyon manatlıq təklif hazırlayacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Ernst & Young Holdinqs (CIS) B.V.” şirkətinin Azərbaycandakı filialı ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Kölgə iqtisadiyyatının ölçülməsi və onun aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 962 880 manatdır.

Xatırladaq ki, Ernst & Young – dünyanın dörd ən böyük auditor şirkətlər qrupuna daxildır, baş ofisi Londonda yerləşir (Böyük Britaniya).

Son xəbərlər
Digər xəbərlər