26 C
Baku
Friday, September 5, 2025

Ersin Tatarın Azərbaycana səfəri gözlənilir

Türk Dövlətləri Təşkilatının(TDT) 5-6 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək liderlər sammitinə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın iştirakı planlaşdırılır.

Bunu Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatarın xüsusi müşaviri Gökhan Güler bildirib.

“Qeyd etmək lazımdır ki, 19 oktyabrda Şimali Kipr Türk Respublikasında seçki olacaq. Hər hansı bir məsələ meydana gəlmədiyi təqdirdə, normal şərtlərdə digər dövlətlər kimi Şimali Kipr Türk Respublikasının da Zirvə toplantısında iştirakı planlaşdırılır”.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) növbəti-XII rəsmi zirvə toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq. Görüşün Qəbələ şəhərində keçirilməsi planlaşdırılır.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər