“The Washington Post” yazır ki, devrilməmişdən əvvəl Bəşər Əsədə hakimiyyəti saxlamağa kömək edə biləcək razılaşmalar üçün bir neçə variant təklif olunub. Birinci təklif Vaşinqtondan gəlib.
ABŞ Əsədə İrana qarşı yarıdmı dayandırmaq qarşılığında Suriyaya qarşı sanksiyaları ləğv etməyi təklif edib. Nəşr iddia edir ki, Əsəd bu razılaşmadan imtina edib.
“The Washington Post” bildirir ki, Əsədin Türkiyə ilə razılaşmadan imtina etməsi onun üçün daha fəlakətli olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsədin kürd qüvvələrini öz sərhədlərindən kənarda saxlamaq, Suriya müxalifəti ilə dialoq aparmaq və suriyalı qaçqınların ən azı bir qisminin geri qayıtmasına razılıq vermək müqabilində Dəməşqlə münasibətləri normallaşdırmağa çağırıb. Cümə günü Ərdoğan Suriya liderindən müsbət cavab almadığını bildirib.