“İcraçı Kredit Agentliyi” MMC Bank Olmayan Kredit Təşkilatının (İKA) rəhbəri dəyişdi. 2010-cu il tarixdən İKA-nın İdarə Heyətinin sədri olmuş, təşkilatın ən böyük səhmdarı Arif Əliyev Lütvəli oğlu vəzifəsindən istefa verib.
Banker.az BOKT-a yaxın mənbədən əldə etdiyi məlumata görə, onu bu vəzifədə Samir Cəlilov Fəxrəddin oğlu əvəzləyib.
S.Cəlilov 2011-ci ilin yanvarından bu günə qədər İKA-nın İdarə Heyətinin üzvi vəzifəsində və Monitorinq və risklərin idarəolunması üzrə Menecer kimi çalışırdı. O, ali təhsillidir. 1997-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bitirib.1994-1995-ci illərdə bank sistemində işləyib, may 2007-ci ildə müsabiqə yolu ilə təşkilata tədqiqatlar və problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə təyin olunub.
Qeyd edək ki, İKA 2002-ci ilin setnyabrında dövlət qeydiyyatına alınıb, hazırda 272 076 manat nizamnamə kapitalına sahibdir.
Hazırda səhmdarlar bunlardır.
- 85% – Arif Əliyev
- 84% – Siyavuş Verdiyev
- 03% – Mehman Qurbanov
- 75% – Aşıxlı Kredit İttifaqı
- 95% – Şahsevən Kredit İttifaqı
- 93% – Masallı Kredit İttifaqı
- 47% – Vidadi Musayev
- 92% – Samir Cəlilov
- 36% – Səbinə İsrafilova
- 30% – Digər Təsisçilər
- 55% – Tahirə Qurbanova
- 29% – Fatma Abbasova
- 28% – Yeni Daşkənd Kredit İttifaqı
- 26% – İlham İsrafilov
- 03% – Astanlı Kredit İttifaqı
- 21% – Azərbaycan Kredit İttifaqları Assosiasiyası