PayPal xidmətinin istifadəçi məlumatları kənar servisə göndərilib.
Banker.az saytının verdiyi məlumata görə, antivirus proqram təminatının yaradılması ilə məşğul olan ESET şirkətinin mütəxəssisləri Google Play-də yeni təhlükəli tətbiqetmələr aşkar edib. Proqramlar PayPal və Paxful hesablarından məlumatların oğurlanması üzrə ixtisaslaşıb.
ESET şirkətinin məlumatında qeyd olunub ki, Boost Views adlı zərərli tətbiqetmə Google Play-də YouTube-da gəlir əldə etmək aləti adı ilə yayılıb. Tətbiqetməni işə saldıqdan sonra iki funksiyadan birini seçmək təklif edilib: YouTube-da videoya baxmaq və buna görə “maaş” almaq, yaxud şəxsi kanalın izlənmə sayını artırmaq. Qeyd edək ki, bu proqram 100 min dəfə yüklənib.
İkinci təhlükəli tətbiqetmə olan PaxVendor bitcoin-mübadilədə üçün nəzərdə tutulmuş Paxful-un populyarlığından istifadə edib. Proqram bu servisdən saxta avtorizasiya ekranı vasitəsilə login və şifrələri əldə edib və digər heç bir funksiyaya sahib deyil.








