Ağdam-Xankəndi dəmir yolunun üzərində 3 stansiyanın tikintisi nəzərdə tutulur.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, 3 stansiya (Əsgəran, Xocalı və Xankəndi) ilə bu xətt ölkədaxili nəqliyyat mobilliyini gücləndirəcək. Ağdam-Xankəndi dəmir yolu üzrə işlərin layihələndirilmə üzrə 86,5%-i, tikinti-quraşdırma üzrə 42,6%-i tamamlanıb.







