6 C
Baku
Sunday, December 15, 2024

Əsgərliyə getməyən bu şəxslərin vətəndaşlığı ləğv ediləcək

Rusiyada hərbi xidmətdən yayınan əcnəbi əsilli şəxslərin vətəndaşlığı ləğv oluna bilər.

Bu barədə Rusiya Dövlət Dumasının kommunist fraksiyasından olan deputatı Mixail Matveyev məlumat verib.

O, parlamentə Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilmiş şəxsin hərbi öhdəlikdən, səfərbərlik yayınması və ya hərbi qeydiyyat şərtləri ilə qərarı pozmasına görə vətəndaşlığa xitam verilməsi haqqında qanun layihəsi təqdim edib.

Sənəd Dumanın məlumat bazasında yerləşdirilib.

Millət vəkili sənədin izahat yazısında qeyd edib ki, Rusiya vətəndaşlığını qəbul etmiş əcnəbilər çox vaxt Rusiya vətəndaşlığının təkcə hüquqlar deyil, həm də müvafiq hərbi öhdəliklər tələb etməsi faktına məhəl qoymadan hərbi qeydiyyatdan yayınırlar.

Son xəbərlər
Digər xəbərlər