ESG-bankinq nədir və o, planeti necə xilas edə bilər

ESG – “ekologiya, sosial siyasət və idarəetmə” (environmental, social, governance) kimi təsnif edilə bilər bir abreviaturadır. İdeal olaraq bu tip banklar müştərilərini iqlim dəyişikliyi və digər sosial problemlərlə əlaqəli müxtəlif risklərdən qorumağa kömək edəcək “yaşıl” və “sosial məsuliyyətli” ideyaları həyata keçirməlidirlər.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, ESG-nin köməyi ilə banklar biznesi ətraf mühitə qayğı göstərməyə məcbur edə bilərlər. Əgər şirkət aktiv şəkildə havanı çirkləndirirsə və ya tullantıları hara gəldi atırsa, onun reytinqi aşağı olacaq, bu o isə o deməkdir ki, bu kimi şirkətin kredit alması məsələsi xeyli çətinləşəcək.

Eyni şey sosial və korporativ məsələlərlə əlaqəli normalara riayət etməyən korporasiya ilə baş verə bilər. Məsələn, 2020-ci ildə “MSCI ESG Research” agentliyi Rusiyanın Krasnoyarsk ərazisində yanacağın sızması ilə əlaqədar bir hadisədən sonra “Nornikel” şirkətinin reytinqini aşağı salıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.