Eşitmə problemi olan sürücülər üçün yardımçı sistem ixtira edildi

  •  
  •  
  •  
  •  

Cənubi Koreyanın “Hyundai” avtomobil istehsalı şirkətinin mühəndisləri eşitmə problemi olan sürücülər üçün yardımçı sistem ixtira ediblər.

Banker.az “ICTnews”-a istinadən bildirir ki, yeni texnologiya çərçivəsində səslərin vizual və toxunuşla hiss edilən siqnallara çevrilməsi üçün məsuliyyət daşıyan bir neçə sistem birləşdirilib. Bundan başqa, layihədə süni intellektə yaxın alqoritmlərdən aktiv istifadə olunub. Onların vəzifəsi ətraf mühitin ümumi səs axınında potensial vacib səslərin müəyyənləşdirilməsindən ibarətdir.

Şirkət nümayəndələrinin sözlərinə görə, süni intellekt ətraf dünyanın səslərini ötürücülər vasitəsilə tanıyır, daha sonra sistem onları zəif eşidən sürücülər üçün başadüşülən, məsələn, vizual (bort kompüter ekranındakı göstəricilər) və toxunuşla hiss edilən (sükanın vibrasiyası) siqnallara çevirir.

Mütəxəssislər bildirib ki, sistem eşitmə qabiliyyəti pozulmuş sürücülərə, məsələn, yaxınlaşan təcili yardım maşınının sirenasına reaksiya verməyə imkan verəcək.


  •  
  •  
  •  
  •