10 C
Baku
Saturday, November 23, 2024

Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər

“Əsrin sonuna kimi Kür və Araz çaylarının su ehtiyatları 20 faizə qədər azala bilər”.

Bunu BMT-nin İnkişaf Proqramının layihə meneceri Zaur Əliyev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

“GFDL, HADGEM, MPI modelləri əsasında, temperaturun 2 dərəcə artması, yağıntıların miqdarının dəyişməməsi fonunda Böyük və Kiçik Qafqaz ərazisindən, Lənkəran-Astara bölgəsindən axan çayların, o cümlədən Kür və Araz çaylarının iqlim dəyişmələrinə həssaslığı qiymətləndirilib və proqnozlar hazırlanlıb. Proqnozlara görə, Kür və Araz çaylarının, o cümlədən Kiçik Qafqaz ərazisindən axan çayların su ehtiyatlarının 2040-cı ilədək 10, 2041-2070-ci illər ərzində 15, 2071-2098-ci illər ərzində isə 20 faiz azalacağı gözlənilir. Böyük Qafqaz ərazisindən və Lənkəran-Astara bölgəsindən axan çaylarda isə müvafiq illər üzrə azalma göstəricilərinin 5, 10, 15 faiz olacağı ehtimal edilir”, – Z.Əliyev qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər