-1 C
Baku
Sunday, December 15, 2024

“Estee Lauder” şirkəti “Tom Ford”u 2.8 milyarda alır

Amerikanın parfümeriya və kosmetika şirkəti “Estee Lauder”in nümayəndələri Nyu-Yorkdakı “Tom Ford” moda evini almaq üçün müqavilə imzaladıqlarını açıqlayıblar.  Məlumata görə, müqavilənin dəyəri 2.8 milyard dollar təşkil edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Tom Ford”un təsisçisi və baş direktoru Tom Ford müqavilənin şərtlərinə əsasən, 2023-cü ilin sonunadək brendin “kreativ siması” olaraq qalacaq. 2005-ci ildə ”Estee Lauder” “Tom Ford Beauty” xəttindən ətir və kosmetika məhsullarını hazırlamaq və qlobal şəkildə yaymaq üçün moda evi ilə lisenziya müqaviləsi bağlayıb. 2022-ci ilin iyul ayında “Tom Ford”un potensial satış üçün “Goldman Sachs”a müraciət etməsi məlum olub.

Son xəbərlər
Digər xəbərlər