13 C
Baku
Sunday, September 29, 2024

“Estée Lauder” şirkəti “Tom Ford”u almaq üçün danışıqlar aparır

Amerikanın kosmetika nəhəngi “Estée Lauder” geyim brendi “Tom Ford”u almaq üçün danışıqlar aparır, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir. Nəşrin həmsöhbətlərinin fikrincə, sövdələşmə 3 milyard dolları keçə bilər.

Hal-hazırda “Estée Lauder”in bazar dəyəri hazırda 97,.6 milyard dollar olaraq qiymətləndirilir. Kosmetika istehsalçısının səhmləri ilin əvvəlindən bəri 26% ucuzlaşıb.

“Tom Ford” brendi 2005-ci ildə amerikalı dizayner Tom Ford tərəfindən təsis edilib, bundan əvvəl o, “Gucci”nin yaradıcı direktoru olub. Brend kişi geyimlərinin yaradılmasında ixtisaslaşıb, baxmayaraq ki, onun həm də qadın xətləri, eləcə də kosmetika və ətirlər var.

Bu, “Tom Ford” və “Estée Lauder” arasında ilk əməkdaşlıq deyil. Xüsusilə, 2005-ci ildə kosmetika şirkəti üçün ilk ətir xətləri yaradıldı, 2006-cı ildə “Tom Ford Beauty” adlı kosmetik məhsulların birgə istehsalına başlandı.

Son xəbərlər
Digər xəbərlər