6 C
Baku
Sunday, December 15, 2024

Estoniya Avropa İttifaqında inflyasiya üzrə rekord müəyyən edib

Estoniyada avqust ayında istehlak qiymətləri indeksi iyul ayı ilə müqayisədə 2.3 faiz, ötən ilin avqustu ilə müqayisədə isə 24.8 faiz artıb.

Ölkənin statistika departamentinin məlumatına əsasən, ötən ilin avqust ayı ilə müqayisədə məhsullarda 18.3 faiz, xidmətlərdə 37.6 faiz bahalaşma qeydə alınıb.

Analitiklərin fikrincə, mənzillə bağlı qiymət dəyişiklikləri istehlak qiymətləri indeksinə əhəmiyyətli dərəcədə təsir edib. Belə ki, ümumi artımın 40 faizdən çoxu mənzil qiymətləri indeksinin payına düşüb. Həmçinin elektrik enerjisi 205.9 faiz, istilik 61.7 faiz, qaz 244.2 faiz, bərk yanacaq 100 faiz bahalaşıb. Benzinin qiymətində 30.5 faiz, dizel yanacağının qiymətində 46.9 faizlik artım olub.

Ərzaq məhsulları arasında ən çox bahalaşan şəkərdir – 81.2 faiz. Unun və dənli bitkilərin qiyməti 75.2 faiz, ədviyyatın qiyməti 57.6 faiz, yumurtanın qiyməti isə 50.9 faiz artıb.

Avqustun 31-nə olan məlumata əsasən, ötən ay Estoniyada qiymətlər ötən ilin analoji dövrü ilə müqayisədə 25.2 faiz artıb ki, bu da Avropa İttifaqında ən yüksək göstəricidir (Aİ üzrə 9.1 faiz). Siyahıda Estoniyadan sonra gələn Litvada bu göstərici 21.1 faiz, Latviyada isə 20.8 faiz təşkil edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər