Estoniya rəhbərliyi “F-16” qırıcılarını alıb Ukraynaya ötürə bilər.
Baltikyanı respublikanın xarici işlər naziri Urmas Reynsalu belə bir ehtimalı istisna etməyib.
“Məncə, bu, çox ağlabatandır”, – o, nəşrə müsahibəsində müvafiq məsələyə toxunaraq deyib.
Eyni zamanda Reynsalu etiraf edib ki, hazırda onun ölkəsində belə təyyarə yoxdur.