9 C
Baku
Sunday, November 17, 2024

Estoniya ilə Rusiya arasında hasar çəkilib

Estoniya sərhəddə tikinti işlərini başa çatdıraraq özünü hasarla rəsmi olaraq Rusiyadan ayırıb.

Bu barədə ölkənin daxili işlər naziri Lauri Lanemets “Politico”ya açıqlamasında bildirib.

“Məqsədimiz yüksək texnologiyalı müasir sərhəd infrastrukturudur” – nazir bildirib.

Hasarın uzunluğu 40 km-dir. Nazirin qeyd etdiyi kimi, Aİ-nin şərq sərhədi qabaqcıl avadanlıq, təhlükəsizlik sistemləri və müşahidə pilotsuz uçuş aparatları ilə təchiz edilməlidir. Rusiya ilə bütün sərhəd mühafizəsi layihəsi 2025-ci ildə tamamlanmalıdır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər