8 C
Baku
Monday, November 18, 2024

Estoniya milli dəmir yolu şirkəti 20 milyon avro itirəcək

Estoniyanın milli dəmir yolu şirkəti “Eesti Raudtee” Rusiyaya qarşı sanksiyalara görə 2022-ci ildə təxminən 20 milyon avro itirəcək.

Bu barədə “Vikerraadio” radiostansiyasının efirində şirkətin idarə heyətinin sədri Kaydo Zimmermann məlumat verib.

“Bu il biz təxminən 20 milyon avro almayacağıq, bunun üçün dövlət artıq bizə 12 milyon avro ayırıb, ona görə də bu gün 8 milyon avroya ehtiyac var”-deyə, o bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə “Eesti Raudtee”nin planlaşdırılan kəsiri təxminən 25 milyon avro təşkil edəcək.

Zimmermann izah edib ki, 2021-ci ilin avqustunda Estoniyaya üç sərhəd keçidindən gündə orta hesabla 7,5 qatar keçib və hazırda bu rəqəm üçü keçmir.

 

 

Son xəbərlər
Digər xəbərlər