Estoniyanın Baş naziri Kaya Kallas NATO-ya üzv olan ölkələri Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmağa çağırıb.
O, Avropa İttifaqının sammitindən əvvəl bildirib.
“Hava hücumundan müdafiə sistemləri olan NATO-dakı müttəfiqlər bu sistemləri Ukraynaya göndərməlidir ki, rəsmi Kiyev bunlardan müdafiə məqsədilə istifadə etsin və enerji infrastrukturunun məhv edilməsinin qarşısını alsın”, – Baş nazir vurğulayıb.