9 C
Baku
Thursday, December 12, 2024

Estoniya prezidenti hökumətin yeni tərkibini təsdiqləyib

Estoniya Prezidenti Alar Karis İslahatlar Partiyasından olan Kristen Mixalın rəhbərlik edəcəyi yeni hökuməti təsdiqləyib.

Bu barədə Estoniya milli dövlət televiziya və radiosunun portalı ERR məlumat yayıb.

Məlumata görə, hökumət Estoniya Sosial Demokrat Partiyası (ESDP), İslahatlar Partiyası və “Eesti 200”-ün daxil olduğu hakim koalisiya tərəfindən formalaşdırılıb.

Qeyd olunur ki, yeni Nazirlər Kabineti iyulun 23-də Riyqikoqunun (Estoniya parlamenti) növbədənkənar iclasında and içdikdən sonra işə başlayacaq.

Qeyd edək ki, K.Mixal bu postda Kay Kallası əvəz edəcək. Kallas Aİ-nin xarici siyasət xidmətinin rəhbəri təyin olunduqdan sonra vəzifəsindən ayrılmışdı.

Son xəbərlər
Digər xəbərlər