18 C
Baku
Monday, September 16, 2024

Estoniya Rusiya ilə sərhəddə gücləndirilmiş gömrük nəzarəti rejiminin tətbiqinə başlayıb

Bu gündən Estoniya Rusiya ilə sərhəddə gücləndirilmiş gömrük nəzarəti rejiminin tətbiqinə başlayıb.

Bu barədə ölkənin maliyyə naziri Yurgen Liqa məlumat verib.

O bildirib ki, əsas məqsəd sərhəddən Rusiya ərazisinə hərbi təyinatlı məhsulların qanunsuz keçidinə mane olmaqdan ibarətdir. Nazirin sözlərinə görə, yeni rejimin işə düşməsi ilə Rusiya ərazisinə keçmək istəyən sərnişinlərin yükləri təftiş olunacaq, özlərindən isə səfərin məqsədi barədə müvafiq qaydada izahat tələb ediləcək.

Nazirin sözlərinə görə, qərarın verilməsində məqsəd gömrük bəyannaməsində Rusiyanın tranzit ölkə kimi göstərildiyinə baxmayaraq, aparılan yüklərin sonradan bu ölkənin ərazisində qaldığı ilə bağlı kifayət qədər əsasların mövcud olmasıdır.

Y. Liqa eyni zamanda bildirib ki, nəqliyyat vasitələri rentgen vasitəsilə yoxlamadan keçdikdən sonra yüklər boşaldılaraq, onların sayı və təyinatı bəyannamə ilə dəqiqləşdiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər