9 C
Baku
Sunday, November 17, 2024

Estoniya Rusiya ilə sərhəddə qaydaları sərtləşdirəcək

Estoniya Maliyyə Nazirliyi hökumətə Rusiya ilə sərhədi keçmə qaydalarını sərtləşdirməklə bağlı planını göndərib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Estoniyanın avtomobil-sərhəd buraxılış məntəqələri vasitəsilə dövlət sərhədini keçmək və yüklərin daşınması yalnız səhər saatlarında mümkün olacaq”, – məlumatda bildirilib.

Məhdudiyyətlər sanksiya altında olan mallara nəzarətin gücləndirilməsi, habelə hərəkətin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əsaslandırılır.

“Sərhəd keçid məntəqələrinin fəaliyyətinə yenidən baxılması Estoniya dövlətinin 2022-ci ilin aprelində təsdiq etdiyi Rusiya ilə iqtisadi münasibətlərin minimum səviyyədə saxlanması prinsipindən, eləcə də ötən il qəbul edilmiş sanksiya siyasətindən irəli gəlir”, – maliyyə naziri Mart Vorklaev bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər