Estoniya təbii qaz və taxılın strateji ehtiyatlarını yaradacaq.
Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hökumət ölkənin Dövlət Ehtiyat Mərkəzinə azı 1 TVt ekvivalentində təbii qaz və 7,5 min ton həcmində strateji taxıl ehtiyatı yaratmağı tapşırıb.
Ehtiyatların yaradılması xərcləri 2022-ci ilin əlavə dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Ehtiyatda qazın qiyməti 170 milyon avro, taxılın qiyməti 450 min avro qiymətləndirilir.
Təbii qaz və taxıl ehtiyatları Ukraynada hərbi əməliyyatlar nəticəsində tədarükdə mümkün fasilələr nəzərə alınmaqla yaradılır.