5 C
Baku
Monday, February 6, 2023

“Estoniya üçün heç bir hərbi təhlükə yoxdur”

“Estoniya üçün heç bir hərbi təhlükə yoxdur”.

Bunu Estoniyanın Baş naziri Kaya Kallas Polşadakı raket partlayışı hadisəsi ilə bağlı şərhində deyib.

Polşaya raket zərbəsinin endirilməsini ciddi hadisə adlandıran Estoniya hökumət başçısı bunun hansı şəraitdə baş verdiyinin yoxlanıldığını və təfərrüatların müəyyənləşməsinin vacib olduğunu vurğulayıb: “Nə baş verdiyini və nəyə ehtiyacı olduğunu söyləmək Polşanın üzərinə düşür. Biz polyak dostlarımıza kömək etməyə hazırıq və onlarla tam həmrəyik”.

Estoniya Baş naziri deyib ki, baş verənlər Rusiya təcavüzünün ciddiliyinin və onun nəticələrinin Ukraynadan kənara çıxdığının göstəricisidir.

O deyib ki, əgər Polşanın qonşusu Ukraynaya qarşı genişmiqyaslı müharibə olmasaydı, bu hadisə də heç vaxt baş verməzdi: “Bu müharibənin yeganə günahkarı Rusiyadır. Buradan çıxardığımız dərs: təcavüzkar dayandırılmadıqca o özü heç vaxt dayanmayacaq. Bu nə qədər uzun çəksə, bir o qədər çətinləşir. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik – daha çox hərbi dəstək, daha çox humanitar yardım, daha çox maliyyə dəstəyi. Bu, sülhə gedən yoldur”.

Baş nazir deyib ki, Polşadakı insidenti müzakirə etmək üçün o, bu gün hökumətin təhlükəsizlik iclasını çağırıb.

“Hazırda Estoniya sərhədindən kənarda birbaşa hərbi fəaliyyət görmürük və Estoniya üçün heç bir hərbi təhlükə yoxdur”, – o deyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X