31 C
Baku
Wednesday, August 10, 2022

Estoniya Ukrayna və Belarus vətəndaşları üçün pulsuz vizanı ləğv etdi

Estoniya 1 noyabr 2019-cu ildən ukraynalılar üçün pulsuz uzun müddətli vizaları ləğv edəcək. “Qafqazinfo”nun “Radio Svoboda”ya istinadən verdiyi xəbərə görə, bu barədə Estoniyanın Xarici işlər naziri Urmas Reymsal bildirib.

Onun sözlərinə görə, bu gün Ukrayna vətəndaşlarının təxminən 90% -i iş üçün uzun müddətli viza üçün müraciət edir: “Buna görə də, gələcəkdə Ukrayna vətəndaşları üçün belə bir istisnanın saxlanılması ədalətli deyil”.

Məlumata görə, Estoniya eyni qərarı Belarus vətəndaşları üçün də qəbul edib. 

Söhbət yalnız 90 gündən çox müddətə, yəni bir ilədək işləməyə, təhsil almağa, uzun müddətli müalicə üçün qalmağa şərait yaradan D tipli milli vizadan gedir. Estoniyada belə bir vizanın dövlət rüsumu indi 80 avrodur, lakin 2020-ci il yanvarın 1-dən bu məbləğ 100 avroya qədər artacaq.

Bu vizalar, Estoniya və ya “Şengen zonası”na üzv digər ölkələrə işləmək hüququ olmadan hər 180 gün ərzində 90 günə qədər ziyarət etmək niyyətində olan Ukrayna vətəndaşlarına şamil edilmir. Biometrik Ukrayna pasportlarının sahibləri üçün bu cür səfərlər vizasızdır.

Son xəbərlər
Oxşar xəbərlər