6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Estoniya Ukraynanı müasir hərbi xəstəxana və silahlarla təmin edəcək

Estoniya Ukrayna ordusunun ehtiyacları üçün müasir modul tipli səhra xəstəxanası, eləcə də silahlarla təmin etmək niyyətindədir.

Bu barədə Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk bildirib.

“Biz Estoniyada sizə bəzi silahlar da gətirə bilərik və Almaniya ilə birlikdə tezliklə Ukraynaya dünyanın ən müasir səhra xəstəxanasını gətirəcəyik”, – səfir deyib.

Onun sözlərinə görə, hərbi hospitalın özəlliyi ondan ibarətdir ki, bir saata tikilib sökülür. O qeyd edib ki, səhra xəstəxanaları Estoniyada istehsal olunur və onların istehsalı Almaniya tərəfindən maliyyələşdirilir.

Dekabrın 30-da Estoniya Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri Piter Kuymet bildirib ki, ölkə Ukraynaya tank əleyhinə silahlar, Javelin raket sistemləri və 122 mm-lik haubitsalar verməyə hazırdır.

Son xəbərlər
Oxşar xəbərlər