Estoniya hökuməti bu gün ölkənin indiyə qədərki ən böyük hərbi yardım paketini Ukraynaya göndərmək qərarını açıqlayıb.
Bu barədə Estoniya Baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Estoniya hökuməti müdafiə naziri Hanno Pevkurun Ukraynaya uzaqdan atəş və tank əleyhinə silahlar, eləcə də ümumilikdə 113 milyon avro dəyərində sursat daxil olmaqla bu günə qədər ən böyük hərbi yardım paketi təqdim etmək təklifini dəstəkləyib.
Bununla da Estoniyanın Ukraynaya hərbi yardımı 370 milyon avroya qədər artıb və Estoniyanın ümumi daxili məhsulunun (ÜDM) 1%-ni keçib.