8 C
Baku
Monday, November 18, 2024

Estoniya və Finlandiya Fin körfəzini Rusiya üçün bağlamaq istəyir

Estoniya və Finlandiya sahil mühafizəsi üzrə raket sistemlərini birləşdirəcək. Bu, daha əvvəl elan edilmiş mühafizə planlarının inteqrasiyası çərçivəsində baş tutacaq.

Bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib.

“Biz sahil mühafizəsi raket sistemlərimizi inteqrasiya etməliyik. Estoniya və Finlandiya raketlərinin fəaliyyət diapazonu Finlandiya körfəzinin genişliyindən çoxdur. Bu o deməkdir ki, biz raketdən müdafiə sistemimizi birləşdirəcəyik və bütün məlumatları bir-birimizlə paylaşacağıq”, – deyə o qeyd edib.

Estoniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, bu qərar Finlandiya körfəzinin Rusiya hərbi gəmiləri üçün bağlanmasına imkan verəcək.

“Finlandiya və İsveç NATO-ya daxil olanda Baltik dənizi NATO-nun daxili dənizinə çevriləcək. Vəziyyət dəyişəcək”, – deyə o əlavə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər