10 C
Baku
Wednesday, December 11, 2024

Estoniya XİN Rusiya diplomatını “persona non qrata” elan edib

Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya diplomatını ölkədən çıxarır.

Bu barədə Estoniya XİN-in mətbuat xidməti məlumat yayıb.Mətbuat xidmətinin məlumatına görə, bu gün Rusiyanın Estoniyadakı səfiri Aleksandr Petrov XİN-ə çağırılıb və ona Rusiya səfirliyinin diplomatının “persona non qrata” elan olunması ilə bağlı nota təqdim olunub.

 

Bildirilib ki, bu addım beynəlxlaq diplomatik hüquqa uyğundur və Estoniya konsulunun Rusiyadan çıxarılmasına cavab olaraq atılıb.

“Ümid edirik ki, bu hal Estoniya və Rusiya arasında qarşılıqlı əlaqlərə zərər verməyəcək. Estoniya qonşuluq və konstruktiv münasibətlərədə maraqlıdır. Rusiyanın Avropa İttifaqı və üzv dövlətlərlə münasibətdə dostcasına olmayan bir xətt tutması təəssüf doğurur”, XİN-in məlumatında bildirilib.

Son xəbərlər
Digər xəbərlər