Estoniyada 2027-ci ildə keçiriləcək növbəti parlament seçkilərinə qədər müdafiə sahəsi ilə bağlı vergi tətbiq ediləcək.
Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna deyib.
Onun sözlərinə görə, bu verginin çoxkomponentli olacağı gözlənilir: “İkinci mühüm məqam müdafiə sahəsi ilə bağlı verginin müvəqqəti tətbiq edilməsi ilə bağlıdır”.
Nazir vurğulayıb ki, verginin məbləği əhalinin müxtəlif kateqoriyaları üçün gəlirlərindən asılı olaraq dəyişəcək.