2 C
Baku
Saturday, December 14, 2024

Estoniyanın digərlərindən bir neçə addım irəlidə olmasını təmin edən 8 fakt

Əhalisi 1.3 mln insan təşkil edən Estoniya – Baltikyanı ölkədir.  Buna baxmayaraq, onu ən yenilikçi ölkələrdən biri adlandırmaq olar. Deməli burda seçkilərdə iştirak etmək üçün elektron İD-kartla internetə girmək yetərlidir, proqramlaşdırmanı isə uşaqlara ibtidai məktəbdən öyrədirlər.

Məktəbdə  proqramlaşdırma20487615 RTR38E4F2 1530876682 728 d81923fd00 1531225943

2012-ci ildən ətibarən Estoniyada 1-12-ci siniflər üçün pilot layihə olaraq proqramlaşdırma tətbiq edilir. Proqramda 20 təhsil ocağı iştirak edir.  İbtidai sinifdən uşaqlar məntiqi və alqoritmi dərk edirlər, həmçinin Scratch mühitində proqramlaşdırmanı öyrənirlər.

Elektron pasportlar

20487665 800px Estonian identity card 2007 1528278498 728 b8b1e70299 1531225943

2002-ci ildən Estoniyada elektron pasportun verilməsinə başlanıldı.  Sahibinin iki yerdə: həqiqi və rəqamsalda kimliyini təsdiq etmək imkanı yaradan kartdır. Ona taxılmış çipdə vətandaş haqqında məlumat yüklənib, həmçinin karta adi imzaynan eyni hüquqa malik olan rəqamsal imza qoşulub. Karta başqa sənədlərdə qoşmaq olar və əğər Avropa Birliyi sərhədlərindən çıxmırsınızsa o, həmdə xarici pasport kimidə çıxış edə bilər.

Evdən çıxmadan səs vermə sistemi

20487715 39281310 1 0 1530959808 1530959825 1500 1 1530959825 728 138518a4f3 1531225943

2005-ci ildən etibarən Estoniyada bələdiyyə seçkiləri keçirildikdə, ölkə vətandaşları rəqəmsal kartları ilə öz şəxsiyyətlərini təsdiqləyərək internet vasitəsi ilə seçdikləri namizədə səs verə bilərlər.  Estoniya 2007-ci ildə parlament seçkilərində elektron səsverməni tətbiq edən ilk ölkə idi. 2014-cü ildə Avropa Parlamentinə seçkilərdə 31% seçici bu sistem vasitəsi ilə səs verib.

Pulsuz ictimai nəqliyyat

 

2013-cü ildə, Tallinn, ictimai nəqliyyatın bütün sakinlər üçün pulsuz olduğu dünyanın ilk böyük şəhəri oldu. Paytxat hakimiyyəti bu yolla şəhər sakinlərinin nəqliyyat vərdişini dəyişdirərək onları avtomobillərindən avtobus və trolleybuslara nəql etmək qərarına gəlib.  Şəhərdəki nəqliyyat ödənişi ləğv edilməzdən əvvəl şəhərdə referendum keçirilib və əhalinin ¾ hissəsi nəqliyyatın pulsuz olmasına səs verib. Bir il sonra Tallinin rəhbərliyi proqramın, şəhərin əsas küçələrində tıxacın azalmasına səbəb olduğunu söylədi.

Startaplar ölkəsi

20487765 Depositphotos 83314464 xl 2015 1530876693 728 28d7e4e664 1531225943

Son məlumatlara görə, Estoniya Avropada üçüncü yerdədir: 100 min əhaliyə 31 startap.

Ölkə startap üçün əlverişli şərait yaradıb. Yeni müəssisənin qeydiyyatı 15 dəqiqə  ərzində həyata keçirilə bilər və bölüşdürülməmiş mənfəət üzrə korporativ gəlir vergisi yoxdur.

İnternet hər yerdə mövcuddur20487815 free wifi 2711262 960 720 1530878743 728 64e33125db 1531225943

Meşədə olduğunuz zaman internetə qoşulmağı xəyal edə bilərsiniz? Estoniyada bu mümkündür. Wi-fi vasitəsi ilə pulsuz şəbəkəyə qoşulmaq demək olar ki bütün ictimai yerlərdə, parklarda, meydanlarda, kafe və restoranlarda, qatar stansiyalarında, hava limanlarında və hətda çimərliklərdə mümkündür.

Hər kəs Estoniyanın rezidenti ola bilər

20487865 37590072691 22d1a2cbc1 o 1531116013 728 adb48a1ce0 1531225943

Hər kəs çox çətinlik çəkmədən Estoniyanın e-rezidenti ola bilər. Bu sahibkarlara ölkəni ziyarət etmədən, dünyanın hər hansı bir yerindən, imza etməyə, idarə etməyə, vergiləri ödəməyə imkan yaradır. Bunu etmək üçün sadəcə online ərizə təqdim  etməyiniz yetərlidir. E-rezidentlik ən çox biznesmenlər üçün üstünlük təşkil edir, çünki onlar vergini yalnız çıxarılan kapitaldan ödəyirlətr.

E-rezidentlik Avropa İttifaqından kənarda qeydə alınmış sahibkarlar üçün Estoniyada bir müəssisə qurmaq və bununlada Avropa İttifaqında ofis işini təşkil etmək üçün əlverişli bir imkandır.  Əğər sizdə e-rezident olmaq qərarına gəlsəniz,ərizənizi burdan verə bilərsiniz.

Texnologiya sayəsində böyük bir zaman qənaəti

20487915 39281460 2 0 1530960304 1530960316 1500 1 1530960316 728 4a9e40c6e5 1531225943

Estoniyanın elektron sistemində artıq 4000-dən çox xidmət mövcuddur . İD-kartı ilə hər bir estoniyalı 20 dəqiqədən çox vaxt sərf etmədən şirkət aça bilər. Belə bir sistem sayəsində insanlar vaxtlarını növbədə durmağa, kağızları, sənədləri, imza və möhür toplamağa sərf etməyərək qənaət etdiyi vaxtı özlərinə və yaxınlarına ayıra bilərlər.

Son xəbərlər
Digər xəbərlər