“Coinbase” birjasının idarəedici direktoru Konor Qroqan bildirib ki, Estoniyanın LHV bankının rəhbəri Rain Lıhmus 250 min Ethereum sikkəsini saxlayan kripto pul kisəsinə girişi itirib ki, bu da hazırkı məzənnə ilə təxminən 470 milyon dollar edir.
Bankın həmtəsisçisi 2014-cü ildə Ethereum-u 75.000 dollara satın almışdı. O, şifrəni xatırlamağa cəhd etsə də, heç bir nəticəyə nail ola bilmədi. Lıhmusun fikrincə, bu, kriptovalyuta məkanında ümumi problemdir. Sahibkarın sözlərinə görə, itirilmiş vəsaitin dəyəri təxminən sahibkarın LHV bankının kapitalındakı payının dəyərinə bərabərdir.
“Coinbase”in idarəedici direktoru hesab edir ki, sahiblərinin girişini itirdiyi Ethereum sikkələrinin ümumi sayı 910 minə yaxındır və belə sikkələrin dəyəri 1.68 milyard dollardan çoxdur.
Tokenlərin itirilməsi yalnız i səhv və ya unudulmuş parol ilə deyil, həm də uğursuz zarafat nəticəsində baş verə bilər. Məsələn, 2022-ci ilin yayında NFT kolleksiyasına sahib olan Franklinisbored ləqəbli bir şəxs, təxminən 150 min dollar dəyərində 100 EHT itirib.