Nə isə düşünərkən bir kağız parçasında etdiyimiz hər bir cızma-qaranın, işarənin, simvolların şüur altımız və psixologiyamız ilə sıx bağlı olduğunu bilirdiniz? Bu işarələrdən bəzilərinin hansı məna daşıdığı ilə tanış ola bilərsiniz.
Rəqəmlər
Daim vərəqdə rəqəm cızma-qara edən insanları müstəsna olaraq maddi dəyərlər narahat edir. Rəqəm şəkli çəkən insanlar ilk variant olaraq – haradan və necə pul qazanmaq barədə, ikinci variant olaraq isə boclardan necə xilas olmaq barədə düşünür.
Qoy, həmişə günəş olsun
Qeyd dəftərçənizin vərəqləri günəş və atəş-fəşanlıq təsvirləri ilə doludur? Nə qədər ziddiyyətli görünsə də, sizin əhval-ruhiyyəniz bu təsvirlər kimi heç də günəşli deyil. Sizin səmimiyyətə, qayğıya və diqqətə ehtiyacınız var. Dostluq və incəlik arzu edirsiniz. Çalışın vaxtınızın çoxunu dostlarınızın, tanışlarınızın və ən əsası ailənizin əhatəsində keçirin.
Müxtəlif fiqurlar
Kvadratlar, romblar, üçbucaqlar dəqiq məqsəd və əminlik nişanəsidir. Bu fiqurları adətən öz nəzər nöqtəsini açıq olaraq ifadə edən insanlar çəkir. Bu insanlar asanlıqla təslim olmur, dərin dərrakəyə sahibdirlər və rəhbər vəzifələri tutmaq iqtidarındadırlar. Simmetrik təsvirlər isə səliqəliyi və planlaşdırmaq bacarığını ifadə edir. Eyni zamanda fiqurların kənarları iti təsvir edilibsə bu aqressiya əlamətidir. Sizin probleminiz fikrinizin ətrafda baş verənlərə həddindən artıq çox yönəlməsidir. Bu da sizin rahatlaşmağınıza imkan vermir.
Xaç
Xaç formasında olan təsvirlər günah hissini təcəssüm etdirir. Ola bilsin ya kiminsə xətrinə dəymisiniz, ya verdiyiniz sözə əməl etməmisiniz. Problemin kökünün nədə olduğunu aydınlaşdırmağa çalışın.
Spirallar, dairələr, dalğalı xətlər
Digərlərinin problemləri sizi o qədər də narahat etmir, yaxud ümumiyyətlə maraqlandırmır. Siz çox qapalı və gizli insansınız. Başqalarının işinizə qarışmasını sevmirsiniz. Ola bilsin, yüngül böhran yaşayırsınız. Özünüzü ələ almağa çalışın, əks təqdirdə qarşınızdakı insanları tənqid və təhqir edə bilərsiniz.
Ulduz
Ulduz – optimist xasiyyət göstəricisidir. Problemlə üzləşən belə şəxs gücdən düşməməyə və bir an öncə çətinliyin öhdəsindən gəlməyə çalışır. Həmçinin bu formada olan təsvir sahibləri özlərinə diqqət çəkməyə çalışırlar.
Ürək
Bu cür insanlar hisslər baxımından zəngindirlər. Bütün dünyanı ağuşlarına almaq, qucaqlamaq istərlər. Lakin daim öz hislərinizi gizləyir və kənardan ciddi, əlçatmaz bir şəxs təsiri bağışlayırsınız. Bununla yanaşı çəkdiyiniz şəkil nə qədər böyük olarsa daxili dünyanızla xarici dünyanız arasında fərq də bir o qədər böyükdür. Bəsdir, özünüzü idarə etdiniz, cəsarətli və özünüzə əmin olun.
Güllər
Güllər və yarpaqlar mehriban xasiyyət göstəcisidir. Belə insanlar çox mehriban və digərlərinə kömək etməyə hazırdırlar. Onlar həmçinin hissiyyatlı və emosionaldırlar. Əgər bir insan daim güldanda gül şəkli çəkirsə bu o deməkdir ki, onun mütəmadi olaraq ilham mənbəyinə ehtiyacı var.