19 C
Baku
Sunday, April 28, 2024

“Ethereum” mayın 23-dən bəri ən aşağı səviyyəyə düşüb

“Ethereum” (ETH) – dünyanın ikinci ən böyük kriptovalyutası mayın 23-dən bəri ən aşağı olan 2 min dollar səviyyəsində düşüb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, Bakı vaxtı ilə saat 10:46-da ETH 1.976 dollar dəyərində olub.

“Ethereum” ilə yanaşı digər kriptovalyutalar da kəskin ucuzlaşıb. Məsələn, “XRP” 0.69 dollar, “Dogecoin” isə 0.25 dollar səviyyəsinə enib.

image

Ümumilikdə, kriptovalyuta bazarının həcmi 1.3 trilyon dollara qədər kiçilib. Mütəxəssislərin fikrincə, bazara mənfi təsir göstərən əsas amillərdən biri Çin olub. Xüsusilə, dünyanın üçüncü ən böyük bankı “Agricultural Bank of China”ın müştərilərinə kriptovalyutalarla işləməyi qadağan etməsini açıqlaması böyük rol oynayıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər